Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür

Bu gün görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da görkəmli dilçi alim, türkoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Afad Qurbanovun doğum günüdür. Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən Afad Qurbanov hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi də Afad Qurbanovun adı ilə bağlıdır.

AZƏRTAC görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Afad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunda anadan olub. Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya müharibəsinin veteranı medalı ilə təltif edilib. Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. 22 yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olub. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğruldub və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarıb.

Afad Qurbanovun yaradıcılığında dil problemlərinin tematikası çox genişdir. Bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq enerjisini Azərbaycan dilçiliyinin inkişafına, doğma dilinin saflığının təmin olunmasına həsr edən alim dilçilik elminin elə bir sahəsi yoxdur ki, oraya nüfuz etməsin. Azərbaycan dili, ədəbi dil, dilin lüğət tərkibi, fonetik və qrammatik quruluşu, ümumi dilçilik, bədii əsərin dili, onomalogiya məsələləri onun yaradıcılığının əsas istiqamətlərindən olub. Afad Qurbanovun adı dilçilik elminin korifeyləri ilə bir sırada çəkilir.

Görkəmli alim Afad Qurbanov Azərbaycan onomastika elmi məktəbinin banisidir. Dildə olan bir sıra onomastik vahidlər onun qələmi ilə dilçilik elminə daxil edilib və öz izahını tapıb. Alimin “Azərbaycan dilinin onomalogiyası” əsəri dilçilik elminə qiymətli dərslik kimi daxil olub. Azərbaycan dilçiliyində onomastik vahidlərin yaranması və dəyişilməsi, orfoqrafik və orfoepik problemləri elmi və sistemli şəkildə Afad Qurbanovun kitabında faktlar əsasında izah olunub.

O, elmi məktəb yaradan və çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdəndir. Alimin əsərləri bütün tədqiqatçılar üçün bir baza, bir mənbədir. Afad Qurbanov “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə, Bakı-2004) kimi monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. O, hidronimlərin izahında da ilk təşəbbüs göstərən alimlərimizdən olub. Alim hidronimlərin okeanim, pelaqonim, limonim, potamonim, helonim növlərini müəyyənləşdirib.

Afad Qurbanov novator, orijinal bir dilçidir. Onun hər bir əsərində yenilik özünü göstərir. O, yüksək dərəcədə təhsil alıb, türk xalqlarının dilləri ilə yanaşı, dünya dillərini də dərindən dərk edib, mənimsəyib, çoxsaylı dillərin materialları ilə tanış olub və həmin materiallardan da bəhrələnərək dünyagörüşünü artırıb, “Ümumi dilçilik” adlı əsərini də müfəssəl dərəcədə işləyib ərsəyə gətirib.

Görkəmli alim ilk dəfə respublika ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdırıb və onların tədrisində bir sistem yaratmağa nail olub. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir. Bununla yanaşı, Afad Qurbanovun 1962-2009-cu illər ərzində ali məktəblər üçün dilçiliyin müxtəlif sahələri ilə bağlı tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti cəlb edir. Onun hazırladığı tədris proqramları və çalışmalar Azərbaycan dilinin, türk dilçiliyinin və ümumi dilçiliyin müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində əhəmiyyətli rol oynayıb. Bu proqram və çalışmalardan ali məktəblərdə uzun illər geniş istifadə olunur, müəllimlər və tələbələr onlardan dəyərincə faydalanırlar. Həmin proqramlarda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mübahisə doğuran məsələlər dürüstləşdirilib, onlara aydınlıq gətirilib. Beləliklə, A.Qurbanovun 45 ildən artıq bir müddət ərzində ölkədə təhsilin, o cümlədən “Ümumi dilçilik” fənninin tədrisinin təşkilində böyük xidmətləri olub.

Afad Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. O, Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanovun hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən Afad Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, o cümlədən 1990-1995-ci illərdə Milli Məclisin deputatı, Əlifba Komissiyasının sədri olub. Alimin AMEA-nın inkişafında da müstəsna xidmətləri olub. O, 40 ilə yaxın müddətdə bu elm müəssisəsi üçün mühüm işlər görüb, bir çox komissiya və müdafiə şuralarının üzvü və sədri olub. Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərib. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışıb.

Görkəmli alimin xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub