Bu gün “Heydər Əliyev Kuboku-2018” beynəlxalq boks turnirinin qalibləri müəyyənləşəcək
Bakı, 14 may, AZƏRTAC
Bu gün yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinin qalibləri müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın yarımfinal mərhələsində 26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. Yeddi idmançımız isə turniri bürünc medalla başa vurub.
Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparır. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunur. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.
Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]