Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

Bu gün Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

Bakı, 2 fevral, AZƏRTAC

Bataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu, 1971-ci ildə su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilk dəfə 1997-ci ildə qeyd olunub. 2021-ci il avqustun 30-da BMT Baş Assambleyası fevralın 2-ni Ümumdünya Su-Bataqlıq Əraziləri Günü elan edən qətnamə qəbul etdi.

Ümumdünya Su-Bataqlıq Əraziləri Günü bu il “Bataqlıqlar və insan rifahı” devizi altında keçirilir və həmin mövzu su-bataqlıqların və insan həyatının necə əlaqəli olduğunu diqqət mərkəzində saxlayır. İnsan rifahının bütün aspektlərinin bataqlıqlar ilə necə əlaqəli olduğunu vurğulayır. Bu, hər birimizi su-bataqlıq ərazilərimizi dəyərləndirməyə və onların əhəmiyyətini diqqətdə saxlamağa çağırır.

Dünyadakı bataqlıqların təxminən 90 faizi deqradasiyaya uğrayıb və biz bataqlıq ərazilərini meşələrdən üç dəfə tez itiririk. Bataqlıqlar biomüxtəlifliyə, iqlimin yumşaldılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya, şirin suyun mövcudluğuna, dünya iqtisadiyyatına və s. töhfə verən əhəmiyyətli ekosistemlərdir.

Bataqlıqlar meşələrlə birlikdə ən mühüm oksigen bərpaediciləridir

Bir çox insanın düşüncəsinə görə, bataqlıqlar sadəcə palçıqlı ərazilərdir. Lakin bataqlıqlar meşələrlə birlikdə ən mühüm oksigen bərpaediciləridir və bataqlıq ərazilərin əsas dəyəri su toplamaq və onun keyfiyyətini yaxşılaşdırmaq qabiliyyətidir. Bataqlıqlar yerin səthindən dərinliklərə sızan və mühüm içməli su mənbəyi olan yeraltı suları dolduran su üçün təbii filtr rolunu oynayır. Bataqlıq ərazilər və onun bol bitki örtüyü sənaye və kənd təsərrüfatı istehsalının zəhərli maddələrini və tullantılarını udur.

Bataqlıq ərazilər daşqınların və quraqlıqların mənfi təsirlərinin azaldılmasında rol oynayır. Bataqlıqlar çöküntüləri udan və saxlayan təbii süngər kimi hərəkət edir, suyun axmasını azaldır. Quru mövsümdə bataqlıqlar tədricən yığılmış su ehtiyatlarını buraxır, quraqlığın başlanmasını gecikdirir və su çatışmazlığını azaldır.

Bundan əlavə, bataqlıqlar bir çox heyvanların və ilk növbədə su quşlarının yaşayış yeridir. Onlar dünyanın bir hissəsindən digərinə miqrasiya etməklə bataqlıq sistemlərinin qlobal vəhdətini təmin edirlər. Buna görə də bataqlıqların qorunması ilk növbədə su yaxınlığında yaşayan quşların qorunmasına kömək edir.

1970-ci ildən bəri dünyadakı bataqlıqların 35 faizi itirilib

Təəssüf ki, bataqlıq ərazilər ən yüksək azalma, itki və deqradasiya nisbətlərinə malik ekosistemlər sırasındadır. Onlar meşələrdən üç dəfə tez yox olurlar. 1970-ci ildən bəri dünyadakı bataqlıqların 35 faizi itirilib. Bataqlıq ərazilərin itirilməsinə səbəb olan insan fəaliyyətlərinə kənd təsərrüfatı və tikinti üçün drenaj, su və torpağın çirklənməsi, ehtiyatların həddindən artıq ovlanması və həddindən artıq istismarı, invaziv flora və fauna növlərinin yayılması və iqlim dəyişikliyi aiddir.

Buna görə də bataqlıq ərazilərin mühafizəsi üçün əsas problem hökumətləri və icmaları su-bataqlıq ərazilərə qayğı göstərməyə və prioritetləşdirməyə təşviq etmək üçün bataqlıq əraziləri haqqında təsəvvürü dəyişdirməkdir.

Ramsar ərazilərinin sayı 2470-i ötüb

Su quşlarının yaşayış yeri kimi beynəlxalq əhəmiyyət kəsb edən su-bataqlıq ərazilər haqqında Konvensiya 1971-ci il fevralın 2-də Ramsarda (İran) imzalanıb və o vaxtdan Ramsar Konvensiyası adlanır. Hökumətlərarası müqavilə kimi Ramsar Konvensiyasının əsas məqsədi bütün dünyada dayanıqlı inkişafa nail olunmasına töhfə olaraq yerli, regional və milli fəaliyyət və beynəlxalq əməkdaşlıq yolu ilə bütün bataqlıq ərazilərin qorunması və ağıllı istifadəsidir.

Ramsar Konvensiyasına qoşulmağın əsas şərtlərindən biri onun ərazisində ən azı bir Ramsar sahəsinin yaradılmasıdır. Ərazi seçimi mürəkkəb meyarlar sisteminə uyğun olaraq həyata keçirilir. Dövlət tərəfindən Ramsar elan edilmiş ərazilər Konvensiya Katibliyi tərəfindən Ramsar Beynəlxalq Əhəmiyyətli Su-bataqlıqlar Siyahısına daxil edilir. Həmin obyektlərin vəziyyəti haqqında məlumat Bataqlıqların Mühafizəsi üzrə Beynəlxalq Bürosunun məlumat bazasında yer alır və daim yenilənir.

1971-ci ildə Ramsar Konvensiyasını 18 dövlət, 2000-ci ildə 119, hazırda isə (2023-cü ilə kimi) 172 dövlət qoşulub. Siyahıya daxil edilmiş Ramsar ərazilərinin ümumi sayı 2471-dir ki, bunun da ümumi sahəsi 256 milyon hektardan çoxdur.

Azərbaycanda sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur

Respublikamızda sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyasının siyahısına daxil edilib.

Bu gün Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar olaraq Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü keçirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır