İQTİSADİYYAT
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
Bakı, 6 noyabr, AZƏRTAC
Bu gündən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
B. Məmmədov qeyd edib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər.
Qeyd edək ki, COP29 iştirakçıları dəmir yolu nəqliyyatından da ödənişsiz istifadə edə bilirlər.