Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Bu il Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 31 milyard 690,6 milyon dollar, o cümlədən ixracın dəyəri 16 milyard 637,9 milyon dollar, idxalın dəyəri 15 milyard 052,7 milyon dollar təşkil edib, nəticədə 1 milyard 585,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artıb, real ifadədə 7,1 faiz azalıb. İdxal real ifadədə 5,5 faiz, ixrac isə 8,2 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Çexiya, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Rumıniya, Yunanıstan, İsveçrə, İran, Portuqaliya, Avstraliya, Ukrayna, Özbəkistan, Meksika, Cənubi Afrika Respublikası və Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,1 faizi Çinin, 16,8 faizi Rusiyanın, 10,3 faizi Türkiyənin, 5 faizi ABŞ-ın, 4,6 faizi Birləşmiş Krallığın, 3,8 faizi Almaniyanın, 3,2 faizi Qazaxıstanın, 2,6 faizi İranın, 2,5 faizi Avstraliyanın, 2,2 faizi İtaliyanın, 1,9 faizi Meksikanın, 1,8 faizi Cənubi Afrika Respublikasının, 1,7 faizi Braziliyanın, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Koreya və Belarusun, hər biri 1,2 faiz olmaqla İsveçrə və Ukraynanın, 1,1 faizi Fransanın, hər biri 1 faiz olmaqla İspaniya, Hindistan və Kanadanın, 11,8 faizi isə digər ölkələrin payına düşüb. İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, mineral məhsulların, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2025-ci ilin yanvar-avqust aylarında mühüm məhsul növlərindən buğda idxalı 31 faiz, xam şəkər – 17,6 faiz, şokolad və şokolad məhsulları – 0,1 faiz, kartof – 20 faiz, təzə tərəvəz – 35,8 faiz, siqaretlər – 3,8 dəfə, minik avtomobilləri – 28,8 faiz, polad prokatı – 6,2 faiz, məişət kondisionerləri – 17,6 faiz, rezin şinlər – 6 faiz, polietilen – 14,6 faiz, qara metallardan çubuqlar – 11 faiz, avtobuslar – 2,9 dəfə, polipropilen – 1 faiz, məişət soyuducuları – 15,2 faiz artıb, kərə yağı, digər süd yağları və pastaları idxalı isə 5,4 faiz, bitki yağları – 12,1 faiz, təzə meyvə – 15,4 faiz, unlu qənnadı məmulatları – 3,4 faiz, çay – 9,2 faiz, quş əti və onun əlavə məhsulları – 26,3 faiz, mal əti – 8,5 faiz, dərman vasitələri – 15 faiz, qara metallardan borular – 23,1 faiz, hesablama maşınları, blok və qurğuları – 9,2 faiz, ayaqqabılar – 4,5 faiz, yük avtomobilləri – 1,8 faiz, mebellər – 1 faiz, sintetik yuyucu vasitələr – 6,8 faiz, mineral gübrələr – 8,5 faiz, paltaryuyan maşınlar – 0,8 faiz, qara metallardan künclüklər – 3 faiz, sement – 21,6 faiz azalıb.

2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 68 min 295 ədəd minik avtomobili, 5369 ədəd yük avtomobili, 478 ədəd avtobus idxal olunub.

İdxal olunan malların 48,4 faizini avtomobil, 32,3 faizini hava, 9,6 faizini dəmir yolu, 9,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 46,7 faizini İtaliyaya, 13,4 faizini Türkiyəyə, 4,8 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, hər biri 2,7 faiz olmaqla Almaniya və Rumıniyaya, hər biri 2,6 faiz olmaqla Yunanıstan və Gürcüstana, 2,3 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini Birləşmiş Krallığa, 1 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, hər biri 0,4 faiz olmaqla Tailand, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qazaxıstan və Çinə, 3,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı 2399,5 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 10,3 faiz artıb, real ifadədə isə 13,6 faiz azalıb. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (9 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (1,9 faiz), Özbəkistana (1,8 faiz), Türkmənistana (1,7 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,9 faiz, təzə tərəvəz – 14,7 faiz, şəkər – 69,9 faiz, kartof – 47 faiz, siqaretlər – 15,1 faiz, bitki yağları – 19,5 faiz, çay – 0,6 faiz, polipropilen – 2,1 faiz, mineral gübrələr – 4,4 faiz, polietilen – 8,6 faiz, emal olunmamış alüminium – 32,9 faiz, sement klinkerləri – 26,7 faiz, pambıq ipliyi – 25,9 faiz, qara metallardan borular – 3,1 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 0,7 faiz, meyvə və tərəvəz konservləri – 14,5 faiz, tütün – 52,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 23,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 31,0 faiz, pambıq lifi – 7,2 faiz, elektrik enerjisi – 9,7 faiz, qara metallardan çubuqlar – 38,9 faiz, bentonit gili – 11 faiz azalıb.

2025-ci ilin yanvar-avqust aylarında ixracın 84,8 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 9,7 faizini avtomobil, 3,5 faizini dəmir yolu, 1,5 faizini hava, 0,5 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə