BU İL DƏ AQRAR SAHƏ ÜÇÜN UĞURLU OLACAQDIR
Bakı, 7 yanvar (AZƏRTAC). Mütəxəssislər 2009-cu ildə də kənd təsərrüfatı məhsullarının istehsalında uğurlu nəticələr qazanılacağını proqnozlaşdırırlar.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, qışın sərt və havaların qeyri-sabit keçməsi bitkiçilik və heyvandarlıq sahəsində məhsuldarlığın artmasına təsir edəcəkdir. Adətən qarın çox olması məhsuldarlığın 50-60 faiz artmasına imkan yaradır. Xüsusilə bu özünü dəmyə torpaqlarda daha çox göstərəcəkdir. Çünki qalın qar əkin sahələrini başqa təbii mühit amillərindən qoruyur, torpağı münbitləşdirir. Payızda bitkilərə verilən kimyəvi və bioloji gübrələr isə daha tez həll olunur.
Nazirlikdən məlumat vermişlər ki, cari ilin məhsulu üçün ötən il Azərbaycanda 1 milyon 62 min hektar sahədə payızlıq əkin aparılmışdır. Bu isə əvvəlki illə müqayisədə 234 min hektar çoxdur. Buğda əkini 202 min hektar artırılaraq 806 min hektar sahəni əhatə etmişdir.
Əkin sahələrinin artması bu sahəyə ayrılan dövlət vəsaitləri sayəsində baş vermişdir. Belə ki, əkilən hər hektar buğda sahəsinə görə 80 manat verilməsi, gübrənin fermerlərə güzəştli qiymətlərlə çatdırılması stimullaşdırıcı amil rolunu oynamışdır.
Mütəxəssislərin fikrincə, həyata keçirilən aqrotexniki işlər hesabına taxıl istehsalında hər hektardan 27 sentner deyil, 32 sentner buğda istehsalı təmin edilməlidir. Xatırladaq ki, 2008-2015-ci illəri əhatə edən ərzaq təhlükəsizliyi Dövlət Proqramına görə taxıl istehsalının 2 milyon 800 min tona, əkin sahələrinin isə 900 min hektara çatdırılması nəzərdə tutulmuşdur.
Dövlət qayğısı özünü heyvandarlıqda da göstərmişdir. Belə ki, keçən ilin avqust ayında prezidentin ehtiyat fondundan ayrılmış 25 milyon manatın 10 milyon manatına damazlıq qaramal cinsləri alınaraq fermerlərə çatdırılmışdır. Qalan vəsait isə yenə də əkin sahələrində çalışan fermerlərə yardım üçün xərclənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]