Bu il “THE” qlobal reytinqinə Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olub
Bakı, 31 yanvar, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ali təhsil müəssisələrinin “Times Higher Education” (THE”) qlobal reytinqində iştirakına dair məlumat yayıb.
“THE” qlobal reytinqi hər il dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin siyahısını müəyyən edir. 2023-cü il sentyabrın 27-dən “THE” qlobal reytinqi yeni metodologiyanın tətbiqinə başlanılıb. Müvafiq dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqatın keyfiyyəti, beynəlmiləlləşmə göstəriciləri və sənaye) üzrə aparılır.
Ali təhsil müəssisələrinin “THE” qlobal reytinqinə daxil olması üçün 7 əsas meyar müəyyən olunub. Yalnız 4, 6 və 7-ci meyarlara uyğun olan, digər meyarlara cavab verməyən ali təhsil müəssisələri qlobal reytinqə daxil edilmir və “reporter” statusu qazanır.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, bu il “THE” qlobal reytinqinə Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti isə “reporter” qismində siyahıya daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]