Bu ilin doqquz ayında Ukraynaya gələn azərbaycanlı turistlərin sayı iki dəfə artıb
Kiyev, 14 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Ukraynaya gələn turistlərin sayına görə Azərbaycan ilk 15 ölkə sırasındadır.
AZƏRTAC Ukraynanın Turizmin İnkişafı Dövlət Agentliyinə istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycandan Ukraynaya 33 min 410 turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Bu ölkəyə gələn turistlərin sayına görə ilk üçlükdə Moldova, Rusiya və Polşa dayanır.
Ümumilikdə, cari ilin doqquz ayında Ukraynaya 3 milyondan çox xarici turist gəlib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]