Bu ilin ötən dövründə muxtar respublika üzrə 432 nəfərə elektron imza sertifikatı verilib
Naxçıvan, 4 dekabr, AZƏRTAC
Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin məlumatına əsasən, ötən dövr ərzində muxtar respublikada 132 dövlət qurumu, 61 hüquqi şəxs, 230 sahibkar və 9-u vətəndaş olmaqla, ümumilikdə, 432 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin www.rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur. Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri var. Belə ki, vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edir. Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:22]
Naxçıvan Muxtar Respublikasının ixrac göstəricisi 23 faiz artıb
- 19.06.2026 [11:50]