BU İLİN SONLARINDA GƏNCƏ ŞƏHƏRİNDƏ MİLLİ MƏCLİSİN İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin 90 illik yubileyi ilə əlaqədar bu ilin sonlarında Gəncə şəhərində Milli Məclisin iclası keçiriləcəkdir.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, bu tədbir “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq planlaşdırılmışdır.