Budapeşt Avropa İttifaqının genişlənməsini dəstəkləyir
Budapeşt, 6 dekabr, AZƏRTAC
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstanın Avropa İttifaqına (Aİ) sədrliyinin prioritetlərindən biri kimi, bəzən “Avropa dövlətlərinin siyasi ailəsi” adlandırılan Aİ-nin genişlənməsi prosesinin sürətləndirilməsini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Nyeredhaza Universitetinin professor-müəllim heyəti qarşısında mühazirə ilə çıxış edən nazir prosesin uğurunu proqnozlaşdıraraq, mövcud vəziyyəti bu uğurun “müqəddiməsi” adlandırıb. Nümunə olaraq o, Monteneqro, Şimali Makedoniya və Albaniyanın addımlarını göstərib. Siyarto deyib: “Uzun illərdən bəri uzanan üzvlük prosesinin daha bir fəslini tamamlamaq üçün yaxşı şans var”.
“Əgər biz Balkan ölkələrinin ittifaqımıza daxil olması ilə bağlı Aİ-nin sonuncu üzv dövlətlərinin müqavimətini dəf edə bilsək, onun uğurlu genişlənməsinə ümidimizi bərpa edəcəyik”, - deyə Macarıstanın xarici işlər naziri qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:36]
Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]
Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir
- 27.09.2026 [13:25]
Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb
- 27.09.2026 [13:11]
Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub
- 27.09.2026 [13:00]
Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib
- 27.09.2026 [11:36]