Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

Bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan diletant şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, ərazilərimiz Ermənistan silahlı birləşmələri tərəfindən biri-birinin ardınca işğal olunurdu. Orduda fərarilik artır, vəziyyət gündən-günə ağırlaşırdı. Silahlı qüvvələr torpaqlarımızın deyil, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Müstəqilliyini yenicə əldə etmiş gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə bir an belə səngimirdi. Bir sözlə, 27 il öncə Azərbaycanın dövlətçilik tarixində faciəli günlər yaşanırdı. 1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ilk gündən özünün qeyri-peşəkar və destruktiv fəaliyyəti ilə ölkəni idarə etmək imkanında olmadığını hər addımında nümayiş etdirirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqın təkidli tələb və dəvətini qəbul etdi və iyunun 9-da Bakıya qayıtdı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Həmin dövrün hadisələrinin şahidi olanlar, çətinliyini yaşayanlar üçün bu tarix, sözün əsl mənasında, qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsində qalibiyyətin başlanğıcı tarixidir. 15 İyun - Milli Qurtuluş Günü hər bir azərbaycanlıya milli qürur, iftixar hissləri bəxş edən gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas etdi. Digər tərəfdən, torpaqlarımızın işğalına son qoyuldu. Bir sözlə, xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla gələcəyə, perspektivlərə doğru səfərbər oldu.

Baş redaktor vurğulayıb ki, sabitliyi hər bir ölkənin inkişafının əsası kimi önə çəkən Ümummilli Lider ölkədə daxili sabitliyin yaradılmasına səy göstərdi. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu mühüm amil isə ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin “acıq qapı” siyasəti Azərbaycana yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı. Belə ki, dünya təcrübəsinə istinad edərək heç bir ölkənin səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail olmasının mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın davamlı iqtisadi inkişafının əsası qoyuldu, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu mühüm addımın əsasında dayanan amillərdən biri də Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması dayanır. Bunun sayəsində ölkəmiz həm daxili sabitliyini möhkəmləndirdi, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasına nail oldu.

V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırıb: “Qısa xronologiya əsasında bu fikri böyük inamla qeyd edə bilərik ki, “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi nüfuzunun artmasında, yeni-yeni layihələrin gündəmə gətirilməsi əsasında əməkdaşlığımızın coğrafiyasının genişləndirilməsində mühüm rol oynadı. Artıq bu gün Azərbaycan beynəlxalq əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizinin reallaşmasında fəal iştirakı ilə dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdədir”.

“Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının illərlə ürəyində gəzdirdiyi arzusunu - təbii sərvətlərinin əsl sahibinə çevrilməsini gerçəkləşdirdi”, - söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Lider neftin xalqın sərvəti olaraq indiki və gələcək nəsillərə məxsusluğunu xüsusi vurğulayaraq böyük uzaqgörənliklə Dövlət Neft Fondunun yaradılmasına nail oldu. Bu gün aktivlərinin həcmi 41 milyard dollardan artıq olan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir.

V.Rəhimzadə ölkəmizin iqtisadi tərəqqisində siyasi islahatların rolunu da xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətliyini qorumaqla bu günümüz üçün möhkəm baza formalaşdırıb: “Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda bütün demokratik təsisatlar formalaşdırılmış, inkişafı istiqamətində ciddi addımlar atılmışdır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, azad mətbuatın inkişafına imkanların yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili də deyilənlərin təsdiqidir. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin Konstitusiyasının qəbulu dövlətçiliyimizin əsaslarının qurulmasına geniş imkanlar açdı. 1998-ci ildə senzuranın ləğvi azad mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədi. 2003-cü ildə Seçki Məcəlləsinin qəbulu ölkəmizdə bütün seçki proseslərinin, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirdi. Bir mühüm məqamı xüsusi qeyd etmək istərdim ki, mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür”.

V.Rəhimzadə dahi şəxsiyyətin xidmətlərindən söz açarkən bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, sıralarında 750 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edib. Xalqın istəyi, zamanın tələbi ilə 1992-ci il noyabrın 21-də yaradılan partiyanın qısa zamanda milyonların partiyasına çevrilməsi Heydər Əliyev siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən “91-lər”in müraciəti əsasında yaradılan YAP-ın ötən bu illər ərzində tutduğu yola sadiqliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməsi xalqın partiyaya dəstəyini günbəgün artırır. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP inkişaf edir, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verir. YAP tariximizə qələbələr partiyası kimi daxil olub və bu mövqeyini ölkəmizdə keçirilən seçkilərdə qazandığı uğurlarla daha da möhkəmləndirir.

Ulu öndər Heydər Əliyevin xidmətlərini bir sual, yaxud bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü vurğulayan baş redaktor bildirib ki, Ümummilli Liderin fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusudur. Çünki Azərbaycana hansı sahədən diqqət yetirsək, əldə olunan uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi, bir dövlət olaraq dünya birliyində yerini və rolunu möhkəmləndirdi, dünyaya günəş kimi doğmasına yol açdı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birliyinə, bir mərkəzdən idarə olunmasına nail oldu. Bu gün böyük inamla bildiririk ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

V.Rəhimzadə onu da qeyd edib ki, Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının aradan qaldırılmasını təmin etdi. Ermənilərin əsl siması dünyaya açıqlandı. Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması fonunda həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən olan beynəlxalq dəstəyi təmin etdi. Bununla bərabər, müstəqilliyimizin, suverenliyimizin təminatçısı kimi ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutması məhz həmin dövrdə yaradılan möhkəm təmələ əsaslanır.

Baş redaktor vurğulayıb ki, Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır. 2003-cü ildən başlanan Böyük Yolun davamı yeni-yeni hədəflərin gerçəkləşməsində özünü təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam edəcəyi vədini vermişdi. Bu vədə sadiqlik cənab İlham Əliyevin 2008-ci, 2013-cü, 2018-ci illərin prezident seçkilərində qələbəsinin təminatında öz aydın ifadəsini tapır. Azərbaycan son 16 ildən artıq dövrdə 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha böyük uğurlara imza atıb. Böyük inamla qeyd edirik ki, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Bütün sahələrdə davamlı uğurlara imza atan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təkcə son illərin diplomatik uğurlarına diqqət yetirsək Azərbaycanın ədalətli mövqeyinə dəstəyin artdığını inamla qeyd edə bilərik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi və iki il quruma sədrliyi öz üzərinə götürməsi, dövlətimizin başçısı İlham Əliyevin ən yüksək tribunalardan “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək bəyan etməsi işğalçı Ermənistana ciddi mesajdır. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində olacaq. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq çərçivədə gördüyü işlər də malik olduğu imkanları bir daha ortaya qoydu. Azərbaycan hər bir çətinlikdən üzüağ, az itki ilə çıxmaq imkanındadır.

V.Rəhimzadə Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliği missiyasını uğurla həyata keçirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinə də diqqəti yönəldib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dövlətçiliyimizin inkişafında, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində rolu böyükdür. Heydər Əliyev siyasətinin uğurlu icrasına, irsinin təbliğinə öz davamlı töhfələrini verən Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Baş redaktor ümumiləşdirmə apararaq bu qənaətə gəlir ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğu aydın görünür, bu yolun hələ qarşıdakı illərdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağı inamla qeyd edilir: “Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib