Bundesliqa: “Bayer Leverkuzen” doğma meydanda gözlənilmədən uduzub
Berlin, 23 avqust, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turu çərçivəsində daha beş görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, sonuncu mövsümü ikinci sırada başa vuran “Bayer Leverkuzen” doğma meydanda gözlənilmədən “Hoffenhaym”a məğlub olub - 1:2. Çempionatın üçüncüsü “Ayntraxt Frankfurt” komandası “Verder Bremen”ə böyük hesabla qalib gəlib - 4:1.
“Frayburq” öz meydanında “Auqsburq”a, “Haydenhaym” isə “Volfsburq”a eyni hesabla uduzub - 1:3.
Paytaxt təmsilçisi “Union Berlin” isə “Ştutqart”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Günə “St Pauli” - “Borussiya Dortmund” oyunu ilə yekun vurulacaq.
Bundesliqanın 1-ci turu çərçivəsində sabah “Maynts 05” - “Köln” və “Mönxenqladbax” - “Hamburq” görüşləri keçiriləcək.
Xatırladaq ki, Bundesliqanın açılış matçında “Bavariya” ev oyununda “Leyptsiq”i 6:0 hesabı ilə darmadağın edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]