Bakı, 28 yanvar, AZƏRTAC
Burkina-Faso, Mali və Niger Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyindən (ECOWAS) dərhal çıxmaq qərarına gəlib.
AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, bu barədə Nigerin milli televiziyasında hər üç ölkənin təşkilatdan çıxmaqla bağlı birgə bəyanatı oxunub.