Buryatiyada məktəbə hücum nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Buryatiya Respublikasında yerləşən Sosnovıy Bor qəsəbəsində balta ilə silahlanmış yeniyetmənin məktəbə hücumu nəticəsində 7 nəfər - 6 şagird və müəllimə xəsarət alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Buryatiya Respublikasının icbari tibbi sığorta üzrə ərazi fondunun direktoru Dambinima Sambuyev vəziyyəti ağır olan 2 nəfərin hazırda əməliyyata alındığını deyib.
Rusiya Federasiyasının Təhqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, məktəbə hücum edən yeniyetmə tək olub və intihar cəhdindən sonra xəstəxanaya aparılıb.