BVF AZƏRBAYCANDA APARILAN İQTİSADİ İSLAHATLARDAN RAZIDIR
Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə martın 10-15-də Avstriyanın Vyana şəhərində seminar keçirilmişdir.
Tədbirdə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin rəhbərliyi ilə iqtisadi siyasət və təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının üzvləri iştirak etmişlər.
Hadı Rəcəbli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, seminarda keçid dövrünü yaşayan ölkələrin iqtisadi durumu, bu ölkələrdə vergi- büdcə siyasəti, sosial siyasət sahəsində üstün istiqamətlərin müəyyənləşdirilməsi və məsrəflərin ünvanlılığının təmin edilməsi məsələləri müzakirə mövzusu olmuşdur.
Keçid dövrünü yaşayan Şərqi Avropa və postsovet məkanındakı ölkələrlə müqayisəli şəkildə aparılan müzakirələrdə bildirilmişdir ki, BVF-nun qənaətinə görə, Azərbaycanda bütün sahələr üzrə islahatlar aparılmış və müsbət nəticələr əldə edilmişdir.Ölkədə son 5 ildə ümumi daxili məhsul istehsalı 9,5 faiz, əmək haqqı və pensiyalar 2- 2,2 dəfə artmış, inflyasiya minimuma endirilərək manatın dəyəri sabit saxlanılmış, sosial siyasətdə ünvanlılığın təmin olunması üçün struktur dəyişikliyi aparılımışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]