CAR-ın paytaxtında iki misirli iş adamı öldürülüb
Qahirə, 9 mart, AZƏRTAC
Cənub Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada naməlum şəxslər tərəfindən iki Misir vətəndaşı güllələnib. Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, Misirin CAR-dakı səfirliyinin məlumatına görə, martın 3-də baş verən hadisə zamanı öldürülənlər misirli iş adamları olub. Onlar xalça və incəsənət əsərləri ticarəti ilə məşğul idilər.
İş adamları günorta vaxtı Pretoriyanın rayonlarının birində satılan malların ödənişini alarkən öldürülüb və artıq cənazələri Misirə gətirilib.
Məlumatda qeyd olunur ki, Misirin ölkədəki səfirliyi martın 7-də CAR-ın XİN-ə hadisənin təfsilatının aydınlaşdırılması və istintaqın gedişatı barədə məlumatın alınması üçün müraciət edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]