Cari ildə 26 küçə və prospektdə pandus inşa olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Şəhər nəqliyyatında əlçatan mühitin formalaşması Bakı Nəqliyyat Agentliyinin əsas məqsədlərindəndir. Dövlətimizin başçısının tapşırığına, eləcə də ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq, 2017-ci ildən şəhər nəqliyyatında əlçatanlığın təmin olunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu işlər 2021-ci ildə də davam etdirilib. Belə ki, il ərzində 26 küçə və prospektdə pandus inşa olunub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, il ərzində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb. Bu çərçivədə 249 küçə və prospektdə eyni səviyyəli piyada zolağı yenilənib, 40 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib, 23 məktəb ətrafında isə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Piyadaların səki boyunca rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ümumi hərəkət təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən tumbaların quraşdırılması isə 28 küçə və prospektdə təmin edilib. 17 küçə və prospektdə isə dəmir məhəccər quraşdırılıb.
Şəhərin küçə və prospektlərində çatışmayan 4924 yol nişanı quraşdırılıb. Daha çox problemin, nəqliyyatın hərəkətində sıxlığın olduğu 21 kəsişmədə “sarı kəsimə toru” nişanlanması çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]