Cari ildə bir sıra müxtəlif təyinatlı obyektlər istismara verilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Cari ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5 milyard 980,6 milyon manatından istifadə olunmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən ümumi sahəsi 1 milyon 724,4 min kvadratmetr yaşayış sahəsi, 26 min 996 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 226 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 1050 çarpayılıq xəstəxana, 1751 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Qaz turbinli İstilik Elektrik stansiyası, “Alov Qüllələri” Kompleksindəki “Fairmont Baku” oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində “Gilan” Tekstil parkı, Polad boru zavodu, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları istismara verilmişdir.
Bundan əlavə, Qazax rayonunda Sement zavodu, Yevlax rayonunda Hava Limanı, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya İdman kompleksləri, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü Su anbarı, Taxtakörpü Su Elektrik stansiyası, İsmayıllı rayonunda Tikiş fabriki, “İsmayıllı-1” Su Elektrik stansiyası, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]