CARİ İLİN 6 AYINDA AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNDA DAŞIMALARIN HƏCMİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, 2008-ci ilin yanvar-iyununda nəqliyyat sektorunda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri vasitəsilə nəql edilmiş neftin və qazın həcmi də nəzərə alınmaqla yük daşınması 13,2 faiz, yük dövriyyəsi isə 28,3 faiz artmışdır.
Hesabat dövründə nəqliyyat vasitələri ilə 90,2 milyon ton yük daşınmış, onların 45,6 faizi avtomobil, 32,7 faizi boru kəməri (o cümlədən 20,2 faizi BTC neft, 1,7 faizi BTƏ qaz kəmərləri ilə), 15,3 faizi dəmir yolu, 6,4 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.
Yük daşımalarında özəl sektorun payı 16,4 faiz artaraq 68,6 faiz təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]