CARİ İLİN ALTI AYINDA SƏRNİŞİNLƏRİN ƏKSƏRİYYƏTİ AVTOMOBİL VƏ METRO NƏQLİYYATI İLƏ DAŞINMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin yanvar-iyununda nəqliyyat sektorunda sərnişin nəqliyyatı vasitələri ilə 588,6 milyon nəfər və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox sərnişin daşınmışdır. Bu sahədəki fəaliyyətin 82,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Sərnişinlərin əksəriyyəti avtomobil (82,2 faiz) və metro nəqliyyatı (17,1 faiz) ilə daşınmışdır.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 41,2 milyon ton yük, 484,1 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 və 6 faiz artmışdır. Sərnişinlərin 96,7 faizi avtobus, 3,3 faizi isə taksilərin xidmətindən istifadə etmişlər. Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sərnişin dövriyyəsi isə 7,6 faiz artmışdır.
Metro nəqliyyatının xidmətindən istifadə edən əhalinin sayı da ötən dövrdə artmış, bu nəqliyyat vasitəsindən 100,9 milyon nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 14,3 faiz çox sərnişin istifadə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]