CARİ İLİN YANVAR-AVQUSTUNDA MAGİSTRAL NEFT VƏ QAZ KƏMƏRLƏRİ İLƏ DAŞIMALARIN HƏCMİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin ilk 8 ayında yük daşınmasının artımında əsas rol oynamış magistral neft kəmərləri ilə 31,2 milyon ton neft nəql edilmişdir.
Nəqletmənin dörddəüç hissəsi Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri ilə həyata keçirilmiş və ötən dövrdə Bakıdan 23,5 milyon ton neft ötürülmüşdür. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql olunmuş neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artmışdır.
Ötən səkkiz ayda magistral qaz kəmərləri ilə 7,1 milyard kubmetr və ya ötən ilin eyni dövrü ilə müqayisədə 58,9 faiz çox mavi yanacaq nəql edilmişdir. Bunun 29 faizi Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilmişdir. Kəmər vasitəsilə 3 milyard kubmetr qaz ötürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]