CARİ İLİN YANVAR-İYUNUNDA MAGİSTRAL NEFT VƏ QAZ KƏMƏRLƏRİ İLƏ DAŞIMALAR ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin ilk 6 ayında yük daşınmasının artımında əsas rol oynamış magistral neft kəmərləri ilə 24,2 milyon ton neft nəql edilmişdir.
Nəqletmənin dörddəüç hissəsi Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri ilə həyata keçirilmiş və ötən dövrdə Bakıdan 18,3 milyon ton neft ötürülmüşdür. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz artmışdır.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 5,3 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 65,6 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 28,6 faizi Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilmişdir. Bu kəmər vasitəsilə 2,3 milyard kubmetr qaz ötürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]