Cari ilin yanvar-sentyabr aylarında 530-dan çox müəssisə və obyekt özəlləşdirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Cari ilin yanvar-sentyabr aylarında
respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.
Bu barədə AZƏRTAC-a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilmişdir. Bildirilmişdir ki, 9 ayda 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.
Həmin müddətdə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 56,5 milyon manat məbləğində investisiya qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]