İQTİSADİYYAT
“Caspian Energy Germany”yə baş icraçı direktor təyin olunub
Bakı, 27 avqust, AZƏRTAC
Mürsəl Rüstəmov “Caspian Energy Germany” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, “Caspian Energy Germany” Almaniyada “Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edəcək və layihələrini həyata keçirəcək.
Azərbaycan və Almaniyanın özəl sektoru arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək etmək üçün səylərini əsirgəməyəcəyini deyən M.Rüstəmov “Caspian Energy Germany”nin Xəzər-Qara dəniz regionu şirkətlərinin Almaniya bazarına, alman şirkətlərinin Xəzər-Qara dəniz regionuna çıxışı məqsədilə onları məlumatlandıracağını və kömək edəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]