Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb
Berlin, 27 avqust, AZƏRTAC
Nepalda baş verən dağıdıcı sel fəlakətindən sonra azı 8 Almaniya vətəndaşı itkin düşüb.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, Nepalın yerli hakimiyyət orqanlarının məlumatında onların sel və palçıq-daş axınlarından sonra xəbər alınmayan yüzlərlə xarici turistin arasında olduğu bildirilib.
Ümumilikdə Nepalda 29 ölkədən olan 476 əcnəbi itkin düşüb. Onların arasında 177 nəfər olmaqla, Hindistan vətəndaşları üstünlük təşkil edir. Amerika Birləşmiş Ştatlarından 63, Ukraynadan isə 53 nəfərin itkin düşdüyü açıqlanıb.
Çinin Tibet bölgəsində isə daha 260 əcnəbinin itkin düşdüyü bildirilir. Çinin dövlət mediasının məlumatına görə, Tibetdə ümumilikdə 550-dən çox insan itkin sayılır. Nepal və Çin ərazisində birlikdə itkin düşənlərin sayı təxminən 1500 nəfərə çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [14:35]
Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq
- 27.08.2026 [14:19]
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
- 27.08.2026 [13:59]
Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır
- 27.08.2026 [13:51]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb
- 27.08.2026 [13:37]
Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib
- 27.08.2026 [13:31]
Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb
- 27.08.2026 [13:26]