Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavanşir Feyziyev: “Gücümüz birlikdədir”

Cavanşir Feyziyev: “Gücümüz birlikdədir”

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün dünyanın siyasi xəritəsində altı müstəqil türk dövləti və başqa dövlətlərin tərkibində onlarla müxtəlif siyasi, iqtisadi və mədəni muxtariyyət statusları ilə yaşayan türk toplumları və onların yerli özünü idarəçilik qurumları var. Bunlarla yanaşı, bir sıra dövlətlərin ərazilərində hələ də öz fundamental haqlarını reallaşdıra bilməyən çoxsaylı türk toplumu var. 20-ci əsrin 90-cı illərində SSRİ-nin tərkibindəki türk respublikalarının müstəqilləşməsi türk dünyası üçün böyük perspektivlər açdı və Avrasiyanın sonuncu imperiyasının tərkibindən çıxmış Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan bu gün milli müstəqillik dayaqlarını möhkəmləndirməklə məşğuldurlar. Bu xalqların hər biri öz dövlətlərini daha güclü, daha müasir bir quruluşa çatdırmağa səy göstərirlər.

Bu fikirlər Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Gücümüz birlikdədir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əlbəttə güclü olmaq bir zərurətdir, amma çağdaş dünyada sadəcə güclü olmaq heç də hər şeyin həllinə nail olmaq demək deyil. Əslində güclü olmaq - həmişə diqqət mərkəzində olmaq, rəqabətdə olan digər dövlətlərin maneələri ilə üzləşmək və bu maneələri dəf etmək məcburiyyətində qalmaq deməkdir. Güclü olmaq - savaşların mərkəzində olmaq, daim gözlənilməz təhlükələrlə üzbəüz qalmaq deməkdir. Deməli, sadəcə müstəqil və güclü olmaq milli azadlıq ideallarımızın tam qələbəsi hesab oluna bilməz. Burada çatışmayan daha bir komponent var. Bu gün gücün birliklə tamamlanması həqiqəti türk dünyasının gələcəyini müəyyən edən əsas şərtə çevrilməkdədir. Müstəqil olmaq və güclü olmaqla yanaşı, eyni zamanda, birlikdə olmaq həm müstəqilliyimizin, həm də güclü olmağımızın ən etibarlı zəmanətidir. Artıq bütün müstəqil türk dövlətlərində bu paradiqma dərk edilməkdədir. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha qətiyyətli addımların atılmasına ehtiyac var.

Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Belə çoxtərəfli əsaslar üzərində müasir türk respublikalarının müştərək siyasi platforması, iqtisadi coğrafiyası və milli-mədəni identifikasiyası formalaşır. Bu genişlənmə getdikcə daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və daha çox beynəlxalq əhəmiyyət kəsb edir. Amma zaman sürətlə dəyişir, qloballaşma meyillərinin dərinləşməsi hər gün qarşımıza yeni dilemmalar çıxarır. Bu dəyişikliklər suveren türk milli dövlətlərinin daha sıx müttəfiqliyini zəruriləşdirən yeni geosiyasi vəziyyət yaradıb. Türkiyə və Avropa İttifaqı arasında onillərlə uzanan danışıqların dayandırılması, artıq 30 ildən çox kənar güc mərkəzləri tərəfindən Azərbaycana qarşı hibrid müharibənin aparılması və Qarabağ münaqişəsinin başımız üzərində “Domokl qılıncı” kimi saxlanması, Mərkəzi Asiya türk respublikalarının keçmiş imperiyanın təsirindən tam azad ola bilməməsi biz türkləri daha mütərəqqi və doğru bir yola - türk dövlətləri arasında müttəfiqliyin dərinləşdirilməsi və onun işlək siyasi əsaslarının yaradılmasına yönəltməkdədir. Bu bizim üçün tarixi bir fürsət, dünya üçün isə Avrasiyada sülhün və sabitliyin təmin olunmasına böyük bir töhfə imkanıdır.

Türk birliyini mümkün və zəruri edən ilkin əsaslar tarixən mövcuddur və bu gün də öz aktuallığını qoruyub saxlayır. Eyni sivilizasiya koduna mənsubluq, dil, din və mədəniyyət eyniliyi, eləcə də müstəqil türk milli dövlətləri arasında birbaşa coğrafi bağlılıq və ən başlıcası, bütün türk dövlətlərində xalqın özündən gələn qarşılıqlı cazibə qüvvəsi - bütün bunlar beynəlxalq birlik yaratma təcrübəsində öz təsdiqini tapmış ilkin şərtlərdir. Bu gün dünyada gedən qloballaşma prosesləri türk birliyinin siyasi əsaslarını təşkil edir. Avropa ölkələrinin Aİ şəklində siyasi İttifaq səviyyəsinə qədər inkişaf edə bilməsi türk dövlətləri arasındakı münasibətlərin də analoji vektor üzrə siyasi müttəfiqlik statusuna yüksəlməsi üçün nümunə və təcrübə yaradıb. Bu təcrübənin müsbət və mənfi xüsusiyyətlərini nəzərə almaqla türk dövlətləri öz aralarında siyasi birliyin daha mükəmməl formasına nail ola bilərlər. Türk Dövlətləri Birliyinin (TDB) təsis edilməsi heç də milli müstəqilliyin itirilməsi hesabına deyil, əksinə dövlətlərüstü siyasi qurumun hesabına milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə və hər bir türk dövlətinin xarici təzyiqlərə qarşı müqavimət gücünün artırılmasına xidmət etməlidir.

Dövlətlərarası siyasi birliyin digər bir mühüm şərti də ortaq iqtisadi bazarın mövcudluğudur. Bu baxımdan da türk dövlətlərinin ayrı-ayrılıqda mövcud iqtisadi potensialı kumulyativ şəkildə analoji birliklərin iqtisadi potensialını üstələyir. Belə ki, hazırda təxminən 250 milyon türk əhalisinin yaşadığı Avrasiya türk arealında mövcud olan təbii resursların təsdiq olunmuş həcmi 500 milyon əhalisi olan Aİ-nin toplam təbii resurslarından 2 dəfə çoxdur. Deməli, türk coğrafiyasında təbii resursların adambaşına düşən xüsusi çəkisi Avropaya nisbətdə 4 dəfə çoxdur. Belə zəngin iqtisadi potensiala malik olan bir ərazidə eyni etnik kökə malik olan xalqlar arasında qarşılıqlı siyasi-iqtisadi, mədəni-sosial münasibətlərin yeni əsaslar üzərində, yəni ittifaq əsasları üzərində qurulması dünyada birlik yaratma təcrübəsinin ən uğurlu nümunəsi ola bilər.

Hadisələrin bu günə qədərki inkişafı göstərir ki, türk dövlətlərinin öz aralarında siyasi birlik yaratması üçün təməl faza artıq keçilib. İndi dövlətlər arası münasibətlərin elə bir mərhələsinə keçid etmək lazımdır ki, orada bütün türk dövlətlərinin problemləri bir arada müzakirə olunsun və dünya siyasətinə vahid platformadan, ortaq türk mövqeyindən bəyan edilsin. Bu mərhələyə keçidin ilk addımları isə Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasından çox asılıdır. Hazırda bu iki dövlət “bir millət, iki dövlət” paradiqması əsasında özlərinin daxili və xarici siyasətlərini uğurla uzlaşdırırlar. Bu yanaşma beynəlxalq müstəvidə hər iki dövlətin mövqeyini möhkəmləndirən ən səmərəli yanaşmadır. Son 30 ildə Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlıq münasibətlərinə yüksəlməsi onların beynəlxalq siyasətdə vahid platformadan çıxış etməsini təmin edib və hər iki ölkənin milli təhlükəsizlik məsələləri ən vacib ortaq məsələ olaraq dəyərləndirilir. Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi, eləcə də Türkiyəyə qarşı təcrid siyasətinə Azərbaycan dövlətinin reaksiyası bu münasibətlərin açıq görünən tərəfləridir. Bölgədə hərbi-siyasi vəziyyətin mürəkkəbləşəcəyi halda isə bu qarşılıqlı dəstəyin bəyanatlardan əməli müstəviyə keçəcəyi artıq heç kimə sirr deyil. Amma türk dövlətlərinin problemləri yalnız Qarabağ və Kipr münaqişəsi ilə, eləcə də Türkiyənin regionda sıxışdırılması ilə qurtarmır. Mərkəzi Asiya türk respublikaları da öz ərazilərini və iqtisadi potensiallarını öz xalqlarının mənafeyinə uyğun istifadə etməkdə böyük çətinliklərlə üzləşirlər. Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ayrı-ayrılıqda öz gücünə müstəqil siyasət yürütmək imkanları məhduddur. Nə qədər müstəqil siyasət yürütməyə çalışsalar da, böyük güclərin təzyiqləri qarşısında bəzən beynəlxalq siyasətin konyunkturasına tabe olaraq öz milli maraqlarını güzəştə getməli olurlar. Bütün bu amillər türk dövlətləri arasında daha optimal inteqrasiya zərurətini - müttəfiqləşmə zərurətini doğurur. Hər cür təhlükəyə qarşı səfərbər olmaq, güclənərək birləşmək və birləşərək güclənmək zərurəti bu gün və gələcəkdə türk dünyasının var olmaq şərtini özündə ehtiva edir. Bu prosesdə Azərbaycan türk dünyasının qərbi ilə şərqini bir-birinə bağlayan ən vacib həlqə rolunu oynayır. Xəzər dənizi sahillərində Avrasiya üçün əvəzsiz strateji əhəmiyyət daşıyan bir bölgədə yerləşən Azərbaycan öz ərazisində geniş türk coğrafiyasında yaşayan insanların, mal və əmtəənin qarşılıqlı hərəkətini təmin edən beynəlxalq nəqliyyat kommunikasiyalarının qovşağını yaradıb. Qərblə Şərq məhz Azərbaycan üzərindən bir-biri ilə təmas qurur, ticarət edir, elmi-texniki təcrübələrin və eləcə də malik olduğu mədəni dəyərlərin mübadiləsini həyata keçirir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin ittifaq səviyyəsinə yüksəldilməsi həm də bütün türk dünyasını bir-birinə bağlayan cazibə mərkəzi rolunda çıxış edə bilər. Bu missiyanın uğurla həyata keçməsi isə bütün türk dövlətlərində türk birliyinə doğru atılacaq addımların qətiyyətindən və ardıcıllığından asılıdır. Bu gün hər bir türk dövlətinin öz ərazisində öz milli hegemonluğunu qoruyub saxlaya bilməsi bütün türk coğrafiyasında türk hegemonluğunun təmin edilməsindən birbaşa asılıdır. Bunu təmin etmək üçün bütün türk dövlətlərinin siyasi-iqtisadi, mədəni-sosial, ictimai-humanitar siyasəti və fəaliyyətləri ortaq nöqtədən və ortaq maraqlar əsasında istiqamətləndirilməlidir. Belə bir ortaq fəaliyyətin mərkəzində isə “Türk Dövlətləri Birliyi” adını daşıyan siyasi ittifaq qurumu dayana bilər.

Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi digər dövlətlərə və onların birliklərinə qarşı deyil. Belə bir müttəfiqləşmə, öz növbəsində, dünya birliyini də gücləndirən, beynəlxalq aləmə yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik, dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti artıran bir prosesdir. İyirminci əsrdə Avropa İttifaqı bəşəriyyətin tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə yaranan Türk Dövlətləri Birliyi də eyni funksiyanı, lakin daha böyük siyasi təcrübə və potensialla yerinə yetirmək imkanları qazana bilər.

Bu gün birlik - qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca amildir. Birlik imkanlarından rasional şəkildə istifadə edilmədiyi təqdirdə suveren türk milli dövlətlərinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsi qaçılmaz ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub