Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəfər Cabbarlının şəxsi arxivində ədəbi əlaqələrə dair materiallar hərtərəfli tədqiq olunmalıdır

Cəfər Cabbarlının şəxsi arxivində ədəbi əlaqələrə dair materiallar hərtərəfli tədqiq olunmalıdır

Bakı, 22 aprel, AZƏRTAC

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Ədibin yaradıcılığı alimlər tərəfindən tədqiq olunur, onun haqqında elmi məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Cəfər Cabbarlının şəxsi arxivində xalqlar dostluğu və ədəbi əlaqələrə dair materiallar” sərlövhəli məqaləsini təqdim edir.

XX əsr Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları onun yalnız bədii yaradıcılığında deyil, ictimai fəaliyyətində də xalqlar dostluğunun təbliği və tərənnümünə birinci dərəcəli əhəmiyyət verdiyini göstərir. Nümunə gətirəcəyimiz sənədlər dramaturqun yaradıcılığının ən yetkin dövrünə - XX əsrin 30-cu illərinə aiddir.

Məlumdur ki, C.Cabbarlı 1930-cu ildən Azərbaycan dram teatrında ədəbi hissə müdiri və rejissor vəzifələrində çalışırdı. Kollektivdə möhkəm intizam yaradılmasında, professional yaradıcı kollektivin yetişməsində onun böyük rolu olub. Sənədlər göstərir ki, ədib qardaş türk xalqları teatrı ilə Azərbaycan Dram Teatrının yaxınlaşmasının əsas təşəbbüskarı olub, əsərləri Azərbaycan dilinə özü tərcümə edib.

Cəfər Cabbarlının şəxsi arxivində saxlanan adsız məqalədə yazıçı digər xalqların, xüsusilə türk xalqlarının teatr repertuarından əsərlər götürərək tamaşaya qoymağın tərəfdarı olduğunu bildirir: “Ümid edək ki, teatr yalnız bununla kifayətlənməyəcək, bu istiqamətdə başladığımız işi hərtərəfli surətdə dərinləşdirərək gürcü, özbək, tatar və başqa teatrların repertuarlarından pyeslər alacaqdır”.

Bildiyimiz kimi, Azərbaycan Dram Teatrı 1930-cu ilin iyun-iyul aylarında Moskvada Milli Teatrlar Olimpiadasında təmsil olunub. Olimpiada çərçivəsində, həmçinin Leninqrad (indi Sankt-Peterburq) və Kazanda tamaşalar verib. Akademik Məmməd Arif yazırdı: “Cəfər Cabbarlı olimpiadada Azərbaycan sovet teatrının görkəmli dramaturqu və xadimi kimi tanınıb. O, Azərbaycan teatrının inkişaf yolları haqqında Moskvada kommunist akademiyasında məruzə edib, teatr tamaşaları haqqında mübahisə və müzakirələrdə iştirak edib”.

Azərbaycan Dram Teatrının olimpiada zamanı Leninqradda olması və burada baş verən hadisələri yazıçı “Leninqrad xatirələri” məqaləsində işıqlandırıb. Olimpiadaya hazırlıq, Moskva və Kazanda teatrın tamaşa və müzakirələri, Cəfər Cabbarlının ozamankı fəaliyyəti hələ lazımınca işıqlandırılmayıb. Dramaturqun şəxsi arxivində saxlanılan sənədlər göstərir ki, Cəfər Cabbarlı olimpiadaya hazırlıq zamanı Moskvada və Kazanda çox böyük təşəbbüskar, görkəmli teatr xadimi kimi qızğın fəaliyyət göstərib.

Sənədlərdən aydın olur ki, Cəfər Cabbarlı Milli Teatrlar Olimpiadasının vəzifələrini göstərib, o ərəfədə görülən tədbirləri də müəyyənləşdirib: “Teatr olimpiadasında iştirak edən milli teatrların əsas vəzifəsi birincilik və ya mükafat deyil, bütün qüvvələri, işçiləri incəsənət sahəsində qazanılan uğurlarla və zəhmətkeşlərə beynəlmiləlçi inqilabi məzmunun bədii surətdə çatdırılması sahəsindəki təcrübə və üsullarla tanış edilməsinə sərf etmək və digər milli teatrların işinə diqqət yetirmək, hər bir yeni və qiymətli şeyi öyrənmək və təcəssüm etdirməkdir... Olimpiadanın Moskvada, təkcə inqilabi fikrin deyil, həm də inqilabi teatr mədəniyyətinin mərkəzi olan bir şəhərdə keçirilməsi qarşıda duran olimpiadanın əhəmiyyətini daha da artırır, onu inqilabi sənətin baxışına çevirir”.

Cəfər Cabbarlı milli teatrların özünəməxsus inkişafını nəzərə almağı, onlara tarixi baxımdan yanaşmağı təklif edirdi: “Olimpiadaya belə münasibət onun mahiyyətini mükafatlar, juri və s. kimi başa düşməyi inkar edir... Çünki Ukrayna və məsələn, özbək teatrının verdiyi faktiki effekt heç bir vəchlə onların nailiyyətlərinin meyarı ola bilməz. Belə olan surətdə daha qədim tarixə və inkişaf üçün daha əlverişli şəraitə malik olan Ukrayna teatrı ilə təzəcə meydana çıxan və çox yaxın zamanlara qədər hər bir mədəni tədbiri rus çarizmi və müsəlman ruhaniliyinin ikiqat təzyiqi altında əzilən, səhnə ilə hər bir təmasına yanğın kimi baxılan başqırd və ya özbək teatrına eyni tələblərlə yanaşmaq kökündən səhv olardı”.

Həmin vərəqlərin arxasında yazılan bir qeyd də diqqəti cəlb edir. Görünür ki, bunlar Cabbarlının olimpiada zamanı və ondan sonra keçirilməsi lazım gördüyü tədbirlərin siyahısıdır:

Ümumittifaq qurultay təşkil etmək.

Daimi birləşdirici orqan təşkil etmək.

İnqilabi teatrları cəlb etmək.

Başqa şəhərlərdə də olimpiada təşkil etmək.

Qüvvələri ümumiləşdirmək.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Dram Teatrı Milli Teatrlar Olimpiadası zamanı Moskva, Leninqrad və Kazan şəhərlərində tamaşalar verib, müzakirələrdə iştirak edib. Teatrın Kazanda olması və orada Cəfər Cabbarlının fəaliyyəti haqqında məlumatımız daha azdır. Görkəmli dramaturqun şəxsi arxivində saxlanılan sənədlər, onun Kazanda oxuduğu “Qızıl Tatarıstan mövzusunda məruzə” bu cəhətdən çox qiymətli mənbədir. Məruzədən aydın olur ki, tədbirlər keçirilərkən Tatarıstan paytaxtına Özbəkistan teatrının truppası da gəlib: “Bu gün Qızıl Tatarıstanın mərkəzində qardaş Özbəkistan teatrosunun əməkdaşları ilə görüşümüz bizi daha artıq sevindirir. Bu görüşdən bizim başlıca məqsədimiz keçmişi bir, tarixi bir, dili bir olan, rus çarizminin pəncəsində bizimlə birgə əzilən, müsəlmanlığın sərt və reaksion şərtlərinin ağırlığını bizimlə birgə çəkən qardaş Tatarıstan xalqının əməkçiləri ilə görüşməkdir.

Qızıl Tatarıstanın mərkəzində üç böyük qardaş teatrosunun görüşməsi mədəni dirçəliş tarixində üzərindən sükut ilə keçilə biləcək bir şey deyildir”.

Məruzədə üç qardaş türkdilli xalqın mədəni dirçəliş yolundakı ümumiliyini göstərən Cəfər Cabbarlı bu görüşə çox yüksək qiymət verib: “Bu görüş ilk gündən etibarən Şərqin mədəniyyət tarixinə keçəcək və orada yeni bir səhifə açacaqdır. Bu görüşlər bu yaxınlarda olacaq Şura Milli Teatrları Olimpiadasının bir müqəddiməsidir. Bu görüşdə biz bir-birilə yaxından tanış olmalı, gördüyümüz işlərə yekun vurmalı və milli tearomuzun yollarını təyin etməliyik”.

Məlumdur ki, Azərbaycan milli teatrı yaranma tarixinə görə Avropa və rus teatrlarından sonra gəlsə də, müsəlman Şərqində birinci hesab edilir. Azərbaycan teatrının tarixi rolunu çox yaxşı başa düşən Cəfər Cabbarlı özündən əvvəl gələn teatr xadimlərinin (H.Ərəblinski, N.Nərimanov və s.) ənənələrini davam etdirirdi. Məruzədən göründüyü kimi, dramaturq Azərbaycan, tatar və özbək teatrlarının arasında “sıx mədəni rabitə düzəltməyə və mövcud rabitəni genişləndirməyə, dərinləşdirməyə, möhkəmləndirməyə” çalışırdı.

Azərbaycan tamaşalarının, Cəfər Cabbarlının məruzəsinin və müzakirələrdə iştirak etməsinin Tatarıstanın ədəbi ictimaiyyətinə və teatr işçilərinə güclü təsir etdiyini arxivdə saxlanılan bir materialda - M.Karimov adlı bir şəxsin Kazandan C.Cabbarlıya məktubundan görmək olar. Məktubda Kazan teatrında adi bir işçi olan M.Karimov Azərbaycan teatrına və xüsusən Cəfər Cabbarlı dramaturgiyasına öz məhəbbətini bildirir, ona “Qızıl Tatarıstan” qəzetində Azərbaycan teatrının tamaşaları haqqında dərc edilən bir məqaləni göndərir. Məktubun sonunda M.Karimov yazır: “Mən bir daha göstərirəm ki, sizin teatr, həmçinin dramaturgiya ən ön sıralarda durur”.

Cəfər Cabbarlının beynəlmiləlçiliyini, xalqlar dostluğunun alovlu tərənnümçüsü olduğunu sübut edən sənədlər bunlarla bitmir. Məsələn, dramaturqun şəxsi fondunda, onun A.Tuqanova bağışladığı, 1928-ci ildə L.Tolstoydan tərcümə etdiyi “Çocuqluq” kitabının cild səhifəsində yazılıb: “Tolstoyu şəxsən görmüş və mənimlə bu barədə mərhəmətlə söhbət etmiş əziz dostuma, dahi sənətkarın yadigarı kimi”.

Cəfər Cabbarlı böyük rus realist yazıçısı L.Tolstoyu çox sevirdi, onun yaradıcılığının bədii xüsusiyyətlərindən müasir yazıçıların öyrənməsini məsləhət görürdü. 1934-cü ildə sovet yazıçılarının birinci ümumittifaq qurultayında söylədiyi nitqdə dramaturq deyirdi: “Tolstoyun güllələrlə deşilmiş Hacı Muradı ayağa qalxaraq, sonra ölü halda yerə yıxılarkən, adama elə gəlir ki, qoca, cəsim bir dağ uçulub tökülür. Görün müəllif öz qəhrəmanını nə qədər yüksəkdə bilmişdir! Bu bacardığı, bu sənəti biz də öyrənməliyik”.

Nümunə gətirdiyimiz sənəd Cəfər Cabbarlının Tolstoy yaradıcılığına böyük məhəbbətini ifadə edən ikinci bir faktdır. Arxiv sənədlərindən birində yazıçının çuvaş, başqırd, altay və digər türkdilli xalqların yaranma tarixi və bu dillərdən nümunələr, digər bir sənəddə müxtəlif türk dillərində şeirlər, atalar sözləri və s. toplanıb. Materialları toplarkən yazıçının V.V.Radlov və başqa görkəmli türkoloqlardan istifadə etdiyini görürük.

Bütün bu fakt və materiallar öz hərtərəfli tədqiqatını gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi