Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi başa çatıb
Cəlilabad, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda 80 yeniyetmə idmançı 18 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Qaliblərə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsində cəlilabadlı idmançılar da mərdliklə vuruşublar. Onlardan iki nəfəri, yunan-Roma güləşi üzrə respublika, zona birincilik və çempionatlarında yüksək nəticələr göstərmiş Rəşad Zeyniyev və Famil Ağaşov Vətən müharibəsində şəhid olublar.