“CENERAL MOTORS” “XAMMER” MARKALI AVTOMOBİLLƏRİN İSTEHSALINI DAYANDIRA BİLƏR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Ceneral motors” konserni yüngül yük maşınları və “basarkeçər” minik maşınları istehsal edən dörd zavodunu bağlamaq niyyətindədir. Konsernin başçısı Rik Vaqonerin sözlərinə görə, ABŞ-da iki, Meksika və Kanadanın hərəsində bir zavod bağlanacaqdır. “Xammer” markalı avtomobillərin istehsalının dayandırılacağı ehtimalı da vardır.
Vaqoner bildirmişdir ki, “Ceneral motors” azlitrajlı qənaətli avtomobillərin istehsalını artıracaqdır. Onun fikrincə, kiçik maşınlara tələbat müvəqqəti deyildir. Nəhəng avtomobil istehsalçısının rəhbəri vurğulamışdır ki, şirkət bu tədbirləri benzinin qiymətinin artması və bazarda güclü avtomobillərə tələbatın azalması ilə əlaqədar həyata keçirir.
Hər bağlanan zavodda 2,5 min əməkdaş işsiz qalacaqdır. Eyni zamanda, rentabelli olmayan avtomobillərin istehsalının dayandırılması, zavodların bağlanması, işçi heyətinin sayının azaldılması şirkətə ildə təxminən 1 milyard dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]