Cənubi Afrika Respublikası Nigeriyadakı səfirliyini müvəqqəti bağlayıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Cənubi Afrika Respublikası (CAR) hakimiyyəti hücumlardan sonra Nigeriyanın Laqos şəhərindəki səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
AZƏRTAC SAPA agentliyinə istinadla xəbər verir ki, bu addım diplomatik nümayəndəlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı atılıb. Hazırda ölkənin hakimiyyət orqanları Nigeriya hökuməti ilə əlaqə qurub və bu məsələ ilə bağlı təhlükəsizlik təminatı alıb.
Xatırladaq ki, sentyabrın 1-2-də Cənubi Afrika Respublikasında bir qrup etirazçı xarici ölkə vətəndaşlarına, əsasən də nigeriyalılara məxsus mağazalara hücumlar təşkil edib. Etirazlar ötən həftə taksi sürücüsünün qətlə yetirilməsindən sonra başlayıb. Yerli sakinlər qətldə nigeriyalı narkotik alverçisini günahlandırırlar.
Buna cavab olaraq naməlum şəxslər Nigeriyada fəaliyyət göstərən CAR kompaniyalarının ofis və mağazalarına hücumlar ediblər. Onlar ölkənin cənub-qərbindəki Oyo ştatının İbadan şəhərində MTN telekommunikasiya kompaniyasının ofisini yandırıb, “Shoprite” mağazasına isə ciddi zərər vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]