Cənubi Afrika Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıda səfərdədir
Bakı, 26 oktyabr, AZƏRTAC
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral Musava Hlonqvane Azərbaycan Hərbi Dəniz Qüvvələrində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vitse-admiral M.Hlonqvane hərbi dəniz qüvvələrinin qərargah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı Azərbaycan Ali Hərbi Məktəbinin hərbi dəniz fakültəsini ziyarət edib.