Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

Ekspertlər erməni KİV-də Azərbaycan diversiya qrupunun Dağlıq Qarabağda əməliyyat keçirmək niyyəti haqqında yalan informasiya dərc edilməsinin təsadüfi olmadığını, bunun arxasında bir neçə səbəbin dayandığını düşünürlər. Onların sırasında daxildə korrupsiya və rüşvətin tüğyan etməsi nəticəsində yaranmış çox ağır vəziyyətlə yanaşı, xarici amillər də var. Ermənistanda yeni seçilmiş hökumət vəziyyəti yaxşılaşdıra biləcək bir proqram təqdim edə bilməyib. Ekspertlər bunun, ümumiyyətlə, Ermənistanın müstəqil iqtisadi siyasət yeridə bilmək iqtidarında olmaması ilə əlaqələndirirlər. Başqa tərəfdən, Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı konkret və konstruktiv mövqe nümayiş etdirməsi rəsmi İrəvanı çaş-baş salıb - onlar nə alternativ rasional bir təklif edə bilirlər, nə də danışıqların hazırkı formatda davam etdirilməsini istəyirlər. Nəhayət, İrəvanın çəkindiyi digər məqam həmsədrlərin regiona səfər etməsi və mövcud status-kvonu dəyişmək zərurətindən danışmasıdır. Bütün bunların fonunda ermənilərin növbəti yalan informasiya yaymaları və Azərbaycanı suçlamağa çalışmaları müəyyən gizli niyyətlərdən xəbər verir.

Yenə də yalan: Ermənistanın köhnə təxribat üsulları davam edir

Ermənistan növbəti dəfə təxribat törədib. Rəsmi İrəvan bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri öncəsi həyata keçirib. Erməni KİV-i məlumat yayıb ki, guya oktyabrın 20-də gecə saatlarında Azərbaycan diversiya qrupu Dağlıq Qarabağda düşmən mövqelərinə nüfuz etməyə çalışıb. Lakin “qəhrəman Arsax əsgərləri” onlara itki verdirərək, geri çəkilməyə məcbur edib (bax: məs., Попытка проникновения: противнику нанесен урон / “Lragir.am”, 21 oktyabr 2016).

Bu informasiyanın təqdimat üsulu belə, onun saxta olduğunu göstərir. Erməni tərəfi irəli sürdüyü ittihamı sübut etmək üçün heç bir fakt ortaya qoymur - yalnız bir yığın böhtan xarakterli cümlələr şəklində təqdim edir. Lakin əsl şou da elə məhz bundan sonra başlayır. Ermənistan müdafiə naziri Vigen Sarkisyan Dağlıq Qarabağa qanunsuz səfər edərək “gələcəyin müharibəsinə hazırlaşmalıyıq” kimi gəlişigözəl, lakin işğalçı məzmunlu fikirlər söyləyib (bax: Мы должны готовиться к войнам будущего, а не прошлого - В.Саргсян / “Lragir.am”, 22 oktyabr 2016). Bununla yanaşı, o, erməni ordusunun “gücü”ndən, xalqla ordunun vəhdətindən bəhs edib. Ancaq bu “güclü ordu”da aprel döyüşlərindən sonra generalın qalmadığından söz açmayıb. Erməni nazirin nağıllarına heç özünün də inanmadığına şübhə yoxdur. Çünki reallıq tamam başqa cürdür.

Hər şeydən əvvəl, həm yalan informasiyanın məzmunu, həm də rəsmi İrəvanın bununla bağlı yaratmaq istədiyi siyasi-ideoloji şou göstərir ki, Ermənistan rəhbərliyini narahat edən ciddi məsələlər vardır. Onlar, əslində, çoxdan məlumdur. Sadəcə növbəti dəfə sübut olunur ki, Ermənistan siyasi maskasını çıxarmaq fikrində deyil və əvvəlki zamanlarda olduğu kimi, təcavüzünə davam etmək üçün min yalana əl atır.

Məsələnin əsas aspekti Azərbaycana qarşı təxribatın məhz Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində törədilməsi ilə bağlıdır. İrəvanın rahatlığını əlindən alan Prezident İlham Əliyevin münaqişənin həllində mümkün güzəşt haqqında açıq, səmimi və konkret danışması olub. Çünki buna qarşılıq Ermənistan heç bir rasional fikir bildirmək iqtidarında deyil. Rəsmi İrəvan yüksək səviyyəli muxtar qurum yaratmaq təklifinə razı olmamasının səbəblərini əsaslandıra bilməz. Bunun alternativi isə müharibə və təxribatdır.

Deməli, ermənilərin informasiya təxribatının əsas məqsədi Azərbaycanın sülh tərəfdarı olmadığını göstərməkdir. Təbii ki, o, bu məqsədinə çata bilməz, çünki nə informasiyanın verilməsi peşəkar səviyyədədir, nə də bu informasiya həqiqəti əks etdirmir. Rəsmi İrəvan eyni qaba üsulla o qədər həmsədrlərin zəhləsini töküb ki, bu işlərin primitiv informasiya savaşına aid olduğunu dərhal anlayırlar. Təsəvvür edin ki, Azərbaycan Prezidenti konkret mövqeyini geniş ictimaiyyətə bəyan edir, həmsədrlər oktyabrın 20-dən sonra regiona gələcəklərini bildirirlər və elə bu ərəfədə Azərbaycan “təxribat” həyata keçirir? Belə absurd və saxta əməli yalnız ermənilər törədə bilərlər.

Əslində, amerikalı həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirləri ilə erməni tərəfin təxribat informasiyasını heçə saydığını ifadə etmiş oldu. O deyib ki, Prezident İlham Əliyevin tezislərini yüksək qiymətləndirir, münaqişənin sülh yolu ilə həllinə Azərbaycan tərəfinin sadiq qalmasından məmnundur və iki dövlət başçısının görüşünü təşkil etməyə çalışacaqlar. Amerikalı həmsədr bəyan edib ki, Azərbaycan rəhbərinin Serj Sarkisyanla müzakirələrə hazır olmasını bildirməsini həmsədrlər məmnunluqla qarşılayıblar.

Sülhdən imtina bəhanələri: vasitəçilər ədalətli reaksiya verməlidirlər

Ceyms Uorlik bu kontekstdə oktyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında belə deyib: “Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır... Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil (bax: Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır” / APA, 22 oktyabr 2016).

Bu fikirlərdə aydın ifadə olunub ki, həmsədrlər regiona münaqişənin həllində irəliləyiş əldə etmək üçün gəliblər. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması məsələsini və statusu ciddi müzakirə etmək fikrindədirlər. Yeri gəlmişkən, erməni KİV-i bu məsələdə də saxtakarlığa yol verir. Onlar yazırlar ki, guya həmsədrlər yalnız Vyana və Sankt-Peterburqda qaldırılmış münaqişə zonasında nəzarəti təkmilləşdirməklə bağlı fikir mübadiləsi aparacaqlar. Bu, faktiki olaraq problemin həllini dondurmaq deməkdir ki, qətiyyən mümkün deyil - Azərbaycan buna imkan verməz.

Deməli, erməni tərəfinin növbəti təxribatında münaqişənin həllində irəliləyiş ehtimalının mövcudluğu ciddi rol oynayıb. Rəsmi İrəvan adəti üzrə danışıqlar prosesini pozmaq və onu mənasız məcraya yönəltməklə uzatmaq fikrindədir. Digər yandan isə Ermənistan rəhbərliyini ölkədəki ağır sosial-iqtisadi durum ciddi surətdə narahat edir. Belə ki, yeni hökumət elə faktlardan danışır ki, onları həll etmək üçün bütövlükdə iqtidar həbsə atılmalıdır. Bu məqam yeni baş nazirin parlamentdəki çıxışı zamanı aydın hiss edilib. Karen Karapetyan ölkədə rüşvət və korrupsiyanın yüksək səviyyədə olduğunu vurğulayıb və bir deputatın sualına cavab olaraq bunun arxasında S.Sarkisyan iqtidarının dayandığını etiraf edib (bax: Карен Карапетян назвал имена / “Lragir.am”, 20 oktyabr 2016).

Lakin parlament hökumətin yeni proqramını qəbul edib. Ekspertlərin rəyinə görə, onun başqa yolu yox idi, çünki alternativ proqram təqdim etmək imkanı sıfırdır. Bunun isə səbəbini mütəxəssislər Ermənistanın suveren iqtisadi siyasət yeritmək iqtidarında olmaması ilə əlaqələndirirlər. İqtisad elmləri doktoru Aşot Yegiazaryan bununla bağlı ifadə edib ki, Ermənistan müstəqil iqtisadi siyasət aparmaq alətinə malik deyil və bu da ölkə iqtisadiyyatını həm təcrid vəziyyətinə salır, həm də çox zəiflədir (bax: Роза Ованнисян. Программа правительства без суверенного инструментария / “Lragir.am”, 22 oktyabr 2016).

“Joxovurd” qəzeti də mütəxəssislərin proqnozlarını təsdiq edərək, vurğulayıb ki, parlamentin qəbul etdiyi hökumət proqramında bir dənə də olsun rəqəm yoxdur. Bu o deməkdir ki, hökumət hansı nəticələrin alınacağını bilmir və vəziyyəti qeyri-müəyyən saxlayır. Əslində, proqramı tərtib edənlər də buna işarə edirlər. Bir sözlə, Ermənistan iqtisadiyyatı üçün qapalı dairə yaranıb. Ondan xilas yolu isə bütövlükdə siyasətin köklü şəkildə dəyişdirilməsidir. S.Sarkisyan iqtidarı buna qadir deyil.

Bu səbəblərdən də rəsmi İrəvan ənənəvi qarayaxma kampaniyasını davam etdirir. Azərbaycan rəsmi səviyyədə heç bir diversiya hərəkəti olmadığını bəyan edib və bildirib ki, ermənilər yeni təxribatlara hazırlaşdıqlarından, belə şayiələr yayırlar (bax: Azərbaycan MN: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır / APA, 22 oktyabr 2016).

Bəli, həqiqət bundan ibarətdir və Azərbaycan onu çox yaxşı bilir. Qalır vasitəçilərin ədalətli mövqeyə gələrək, təcavüzkara yox deməsi. Bu isə hələlik görünmür. Avropa İttifaqının “Ermənistan seçim etməlidir - o, yolayrıcındadır” deməsi kifayət deyil. Çünki İrəvan seçimini artıq edib, sadəcə Qərb bunu qəbul edib, obyektiv reaksiya verməlidir. Əks halda, erməni təxribatları gündəmdən düşməyəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı