ÇEÇENİSTANDA Mİ-8 VERTOLYOTU QƏZAYA UĞRAMIŞDIR
İyulun 6-da Çeçenistanda Rusiyanın qulluqçularını aparan Mi-8 hərbi vertolyotu qəzaya uğramışdır. Dəqiqləşdirilmiş məlumata görə, qəza nəticəsində onların 5-i həlak olmuş, 14 nəfər yaralanmışdır. Şimali Qafqazdakı Birləşmiş qoşun qruplaşmasının məlumatına görə, həlak olanlar arasında yüksəkrütbəli iki zabit – Çeçenistan baş hərbi komendantlığının qərargah rəisi, polkovnik Anatoli Tolmaçov və Kurçaloy rayonunun hərbi komendantı, polkovnik Roman Boyevitov da var. Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə iyulun 6-da səhər Novoqroznenski yaşayış məntəqəsi yaxınlığında baş vermişdir. Ehtimal edilir ki, hadisənin baş verməsinin əsas səbəbi vertolyotun texniki cəhətdən nasaz olmasıdır. Xüsusi komissiya hadisənin səbəblərini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]