Çempionlar Liqası: “Qarabağ” “Ferensvaroş”la oyunda inamlı qələbə qazanıb - YENİLƏNİB 7
Bakı, 20 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Qroupama Arena"da təşkil edilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 29-cu dəqiqədə rəqibin heyətində Barnabaş Varqa açıb. Lakin 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı fərqlənərək "Qarabağ"a qalibiyyət gətiriblər.
00:47
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda dördüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 85-ci dəqiqəsində Musa Qurbanlı fərqlənib.
00:29
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 67-ci dəqiqəsində Kevin Medina Ağdam klubunu önə keçirib.
00:11
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Marko Yankoviç rəqibi cəzalandırıb.
00:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.
23:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, rəqib fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
23:34
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Barnabaş Varqa fərqlənib.
23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, matçı portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.