Çempionlar Liqasının finalında penaltini vura bilməyən futbolçunun forma satışları 350 faiz artıb
Bakı, 3 iyun, AZƏRTAC
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Qabriel Maqalyaes UEFA Çempionlar Liqasının finalında qaçırdığı penalti zərbəsindən sonra azarkeşlərdən böyük dəstək görüb.
AZƏRTAC “The Athletic” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun adının yazıldığı formaların satışı Fransanın PSJ komandası ilə keçirilən həlledici qarşılaşmadan sonra 350 faiz artıb. Hətta müəyyən vaxt ərzində Qabrielin forma satışları digər futbolçuların göstəricilərini iki dəfə üstələyib.
2020-ci ildən London təmsilçisinin şərəfini qoruyan 28 yaşlı oyunçu bu müddətdə 261 görüşdə 24 qolla yadda qalıb.
Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunan qarşılaşmanın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq (4:3) oynayan PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]