“Chennai open-2013” turnirində Azərbaycan şahmatçılarının növbəti rəqibləri müəyyənləşmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Hindistanın Çennay şəhərində “Chennai open-2013” beynəlxalq şahmat turniri davam edir. Yarışda Azərbaycanı qrossmeyster Azər Mirzəyev və beynəlxalq dərəcəli usta Bəhruz Rzayev təmsil edirlər.
AZƏRTAC xəbər verir ki, açıq turnirdə altı turdan sonra hərəyə 5,5 xal toplamış rusiyalı Mixail Mojarov və Satoş Qujrati Vidit (Hindistan) irəlidədirlər. Yerli şahmatçı Çitambaram Aravind və Rişi Sardana (Avstraliya) onlardan yarım xal geri qalır. Azərbaycanın iki nümayəndəsindən hər birinin 4 xalı vardır.
7-ci turda A.Mirzəyev Şardul Qaqare ilə, B.Rzayev isə Sundar Şyamla görüşəcəkdir. Hər iki rəqib hindistanlıdır.
İsveçrə sistemi üzrə 11 turda keçirilən turnirdə 17 ölkədən 118 idmançı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]