Çexiya Qələbə Gününü qeyd edir
Praqa, 9 may, AZƏRTAC
Çexiya milli bayramını - Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, Praqanın Vitkov təpəsindəki Milli Memorialda dövlət rəhbərləri Naməlum Əsgərin məzarı önünə gül dəstələri qoyub, daha sonra hərbi baxış keçirilib.
Fəxri qarovul dəstəsinin komandiri respublika Prezidenti Pyotr Pavelə raport verib, sonra ölkənin Dövlət Himni səsləndirilib. “Tanrının döyüşçüləri kimdir” qədim xoralın sədaları altında əsgərlər tarixi ordu bayraqlarını çıxarıblar. Naməlum əsgərin məzarı önünə ilk olaraq Çexiya Prezidenti əklil qoyub.
Çexiya Respublikasının Prezidenti Pyotr Pavel, Baş nazir Pyotr Fiala, müdafiə naziri Yana Çernoxova və başqaları toplaşanlar qarşısında çıxış ediblər. Prezident Pavel çıxışında Çexiyanın Rusiyanın hücumuna məruz qalan Ukraynanın hüquqlarını müdafiə edərək düzgün addım atdığını bəyan edib. Onun sözlərinə görə, 1938-ci ildə Çexoslovakiyanın müttəfiqlərindən də eyni hərəkət gözlənilən idi, ölkə nasist Almaniyasının tələbləri ilə üzləşmişdi. O, tarixin təkrarlanmaq meyilinin olduğunu da xatırladıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]