Çexiyadan və Tiroldan gələn sərnişinlər Almaniya üçün təhlükəlidirmi?
Berlin, 22 fevral, AZƏRTAC
Keçən həftə Çexiyadan və Avstriyanın Tirol şəhərindən Almaniyaya daxil olmağa çalışan 16 min nəfər geri qaytarılıb. AZƏRTAC-a bu gün verilmiş məlumata görə, Almaniyanın daxili işlər naziri Horst Zeyehofer bildirib ki, onun başçılıq etdiyi idarə dövlət sərhədinin həmin iki hissəsində sərtləşdirilmiş rejimin müddətini martın 3-dək uzatmaq niyyətindədir.
Nazirin fikrincə, belə ciddi tədbirlər görülməsə hökumət koronavirusla bağlı vəziyyəti nəzarətə götürə bilməyəcək. Zeyehofer bu fikrini onunla izah edib ki, asanlıqla mutasiyaya məruz qalan ştamların ölkəyə keçməsinə əhəmiyyət verilməsə, Almaniya vətəndaşlarına məhdudiyyətlər tətbiq edilməsi istənilən nəticəni verməyəcək.
Digər tərəfdən, Saksoniya və Bavariyada sərhəd nəzarətinin müddəti çərşənbə günü başa çatır. Həmin müddətin artırılıb-artırılmayacağı məsələsi federal hökumətin bu gün və ya sabah keçiriləcək iclasında həll ediləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]