Çimərlik futbolu üzrə millimizin növbəti qələbəsi
Bakı, 13 avqust, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunan “FİFA Dünya Kuboku-2017” turnirinin seçmə mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.
Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.