Çin 2035-ci ilədək avtomobil satışlarında elektromobillərin üstünlük təşkil etməsini hədəfləyir
Pekin, 28 aprel, AZƏRTAC
Çin nəqliyyat infrastrukturunun inkişafını bərpa olunan enerji sistemləri ilə uzlaşdıraraq 2035-ci ilədək yeni enerji avtomobillərini (elektromobil və hibrid mühərrikli avtomobilləri) ümumi avtomobil satışının əsas istiqaməti halına gətirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu hədəf Çinin Nəqliyyat Nazirliyinin planında əksini tapıb. Plana əsasən 2035-ci ilədək fərdi nəqliyyat vasitələrindən başqa, yeni enerji mənbələri ilə işləyən yük avtomobillərinin genişmiqyaslı tətbiqinə nail olmaq, nəqliyyat sektoru üçün ekoloji cəhətdən təmiz yanacaq təchizatı sistemi yaratmaq hədəflənib.
Çin nəqliyyat sektorunun yaşıl keçidini təşviq etmək üçün yeni enerji nəqliyyat vasitələrinin, ekoloji cəhətdən təmiz və aşağı karbonlu gəmilərin, yeni enerji təyyarələrinin istifadəsini, poçt və ekspress çatdırılma xidmətlərinin ekoloji və aşağı karbonlu inkişafını təşviq etməyə davam edəcək.
Qeyd edək ki, Çin hazırda yaşıl avtomobillərin istehsalına, satışına və ixracına görə dünya lideridir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:31]
“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb
- 29.10.2026 [13:18]
Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir
- 29.10.2026 [13:13]
Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır
- 29.10.2026 [13:12]
ABŞ-nin neft ehtiyatları azalır
- 29.10.2026 [12:57]
“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub
- 29.10.2026 [12:24]