Çin COVID-19-dan əziyyət çəkən ölkələrə 2 milyard dollar yardım edəcək
Pekin, 18 may, AZƏRTAC
Çin pandemiyaya qarşı cavab tədbirlərinə və sosial-iqtisadi inkişafa yardım üçün qarşıdakı 2 il ərzində COVID-19 böhranından əziyyət çəkən dövlətlərə, xüsusən də inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları ayıracaq.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 18-də 73-cü Dünya Səhiyyə Assambleyasının videokonfrans vasitəsilə açılış mərasimində çıxışı zamanı deyib.
Si Cinpin bütün dünyada COVID-19 infeksiyasından ölənlərə görə təəssüfləndiyini bildirib, ölənlərin ailələrinə başsağlığı verib. O, Çində əzmkar səylər və böyük qurbanlar hesabına virusun yayılmasının qarşısının alındığını diqqətə çatdırıb.
Çinin yeni növ koronavirus məsələsi ilə əlaqədar şəffaf və məsuliyyətli davrandığını bildirən Si Cinpin ölkəsinin virusla mübarizə təcrübəsini və xəstələrin müalicəsi ilə bağlı təcrübəsini dünya ölkələri ilə bölüşdüyünü, habelə ehtiyacı olan ölkələrə əlindən gələn dəstəyi göstərdiyini deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]