Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
Pekin, 22 fevral, AZƏRTAC
Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti - 16-cı görüşü fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.
AZƏRTAC Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.
On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]