Çinarə Əlizadə Varşava Böyük Teatrında “Fırtına” baletində çıxış edəcək
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 16-dan 18-dək və 21-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) “Fırtına” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, fevralın 17-də və 21-də səhnə əsərində Miranda obrazını Azərbaycanın Əməkdar Artisti Çinarə Əlizadə ifa edəcək.
Baletdə bəstəkarlar Henri Pursell, Tomas Tallis, Robert Conson, Metyu Lokk və Mişel van der Aanın əsərlərindən, habelə ənənəvi İran musiqisindən istifadə edilib. Səhnə əsərinin premyerası 2014-cü ildə Amsterdamda olub. Balet Varşava Böyük Teatrında ilk dəfə 2016-cı ildə səhnəyə qoyulub.
Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]