Çində beş il ərzində 101 yüksək vəzifəli məmur məhkəmə qarşısına çıxarılıb
Bakı, 9 mart, AZƏRTAC
Çinin hakimiyyət orqanları 2013-2017-ci illər ərzində 101 yüksək vəzifəli məmurun korrupsiya işini nəzərdən keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat ÇXR Ali Məhkəməsinin martın 9-da dərc etdiyi hesabatda əksini tapıb. Məhkəmənin son 5 ildə görülən işlər barədə məruzəsi 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında təqdim olunub.
Təhqiqata cəlb edilən məmurların arasında nazirlik və əyalət səviyyəli yüksək vəzifəli dövlət məmurlarının olduğu vurğulanır.
Beş il ərzində müxtəlif instansiya məhkəmələri 263 min nəfər vəzifəli şəxsə qarşı korrupsiya ilə bağlı ümumilikdə 195 min cinayət işi açıb. Bu müddət ərzində 13 min nəfərdən çox insan isə rüşvət təklifetmə ittihamı üzrə günahkar bilinib. Ölkə məhkəmələri ümumilikdə 89 milyondan çox cinayət işinə baxıb və indiyədək onlardan 86 milyonu ilə bağlı qərar qəbul olunub. Bu cinayət işlərində araşdırılan ümumi məbləğ 20 trilyon yuanı (3,15 trilyon dollar) ötüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]