Çinin Lanfan şəhərində Milad bayramı qadağan edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Çinin Hebey əyalətində yerləşən Lanfan şəhərinin hakimiyyət orqanları ictimai yerlərdə və ticarət obyektlərində Milad bayramı ilə bağlı istənilən tədbirləri qadağan edib.
AZƏRTAC xəbər verir ki, “South China Morning Post” qəzetinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanlarının müvafiq göstərişinə əsasən, hüquq-mühafizə təşkilatları küçələrdə yolka qurulmasına, santa-klaus fiqurlarının və digər yeni il atributlarının qoyulmasına yol verməməlidir. Bundan başqa, şəhər parklarında və digər ictimai yerlərdə keçirilən “dini təbliğat” tədbirləri tam nəzarətə götürülməli, hakimiyyət orqanlarına bu barədə operativ məlumat verməlidir.
Katolik Milad bayramı Çində rəsmən qeyd olunmur. Buna baxmayaraq, Pekində və ölkənin bir çox digər şəhərlərində Milad atributlarına adi yanaşılır və adətən onlara qadağa qoyulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]