Çinli tələbə ABŞ hərbi bazasının şəklini icazəsiz çəkdiyi üçün azadlıqdan məhrum olunub
Bakı, 7 fevral, AZƏRTAC
Çinli tələbə ABŞ Müdafiə Nazirliyinin Floridadakı bazasının şəklini icazəsiz çəkdiyi üçün həbs olunub.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, sentyabrın 26-da həbs olunan 20 yaşlı Jao Qianli məhkəməyə çıxarılıb və o, bir il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə bildirilib ki, J.Qianli Ki-Uest hərbi dəniz aerodromunda yerləşən bazaya hasarı aşaraq daxil olub. Həmin ərazi isə üzərində “Giriş qadağandır!” yazıları olan hasarla əhatə olunub.
Çinin Cənub Universitetinin tələbəsi olan Jao Qianli ABŞ-da yay mübadilə proqramı çərçivəsində musiqişünaslıq üzrə təhsil alırdı. Onun sözlərinə görə, təhsil proqramı başa çatdıqdan sonra Floridaya gəzməyə gedib. Jao Qianli bazaya təsadüfən keçdiyini, yolunu azdığı deyib.
Lakin polis tələbənin telefonundan hərbi bazadakı obyektlərin şəkillərini, videolarını tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]