Cozef Baydenin Delaverdə təhlükəsizliyinin təmin olunmasına 3 milyon dollar xərclənib
Bakı, 17 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin həftə sonlarını Delaver ştatının Uilminqton şəhərindəki evində keçirmək adəti amerikalı vergiödəyicilərinə milyonlarla dollara başa gəlib.
AZƏRTAC “New York Post” qəzetinə istinadla xəbər verir ki, bu səfərlər zamanı Cozef Baydenin təhlükəsizliyini təmin edən məxfi xidmət əməkdaşlarının fəaliyyətinə dövlət büdcəsindən 3 milyon dollar xərclənib.
Daxili Təhlükəsizlik Nazirliyinə tabe olan federal xidmətin məlumatına görə, Cozef Bayden Ağ evdə çalışdığı 43 həftə ərzində artıq 25 həftə sonunu “evində” keçirib.
ABŞ prezidentinin vərdişlərini təmin etmək üçün sərf edilən ümumi xərclər göstərilən məbləğdən xeyli yüksəkdir. Belə ki, təyyarə və ya helikopterlə uçuşların xərcləri bu vəsaitə əlavə edilməyib.
Qəzet xatırladır ki, bir zamanlar demokratlar respublikaçı prezident Donald Trampı vergiödəyicilərinin pullarını Nyu Cersi ştatında yerləşən Bedminster şəhərindəki qolf klubunda xərclədiyi üçün sərt tənqid edirdilər. Lakin sabiq prezident Ağ evdə qaldığı dörd il ərzində Bedminster şəhərində cəmi 99 gün keçirib və bu müddət ərzində onun mühafizəsinə cəmi 2,4 milyon dollar xərclənib. Cozef Bayden isə bir ildən də az müddət ərzində Delaverdə 77 gün qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]