Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Bakı, 5 dekabr, AZƏRTAC
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında Nilgün Rzayeva (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Günel Həsənli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram), kişilərin yarışında isə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram) və Kamran Süleymanov (73 kiloqram) ölkə çempionu olublar.
Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq. Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]