Culfada sınaq-test imtahanlarının nəticələri müzakirə edilmişdir
Culfa, 15 may (AZƏRTAC). Culfa rayonunda 2010-2011-ci tədris ilində keçirilmiş sınaq-test imtahanlarının nəticələrinin müzakirəsi ilə bağlı müşavirə keçirilmişdir.
Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov məlumat vermişdir ki, Mayın 1-də keçirilmiş sınaq-test imtahanında 15 şagird 400-450, 8-i 450-500, 18-i isə 500-700 arası bal toplamışdır. Qeyd etmişdir ki, rayon üzrə 41 nəfərin 400-700 arası bal toplaması bizi arxayın salmamalı, işimizə daha məsuliyyətlə yanaşmalı, yüksək bal toplayan şagirdlərlə müntəzəm maraqlanmalıyıq.
Naxçıvan MR təhsil naziri Piri Nağıyev təhsilə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlat qayğısından danışmış, ali məktəblərə daxil olanların sayının ildən-ilə artdığını vurğulamışdır. Ümidvar olduğunu bildirmişdir ki, 2011-ci ildə Culfa rayonundan da ali və orta ixtisas məktəblərinə daxil olanların sayı ötən illə müqayisədə xeyli artacaqdır.
Piri Nağıyev sınaq-test imtahanlarında rayon üzrə aşağı nəticələr göstərən ayrı-ayrı məktəblərin işində dönüş yaratmağın vacibliyini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]